Fərid Hüseynov: "Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı  xüsusi istintaq qrupu yaradılıb"
sizinxeber.az xəbər saytı

Fərid Hüseynov: "Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı xüsusi istintaq qrupu yaradılıb"


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Aktauda "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı xüsusi dövlət qurumlarının rəhbərləri və nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib.

"Report" xəbər verir ki, bunu AZAL-ın mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov brifinqdə deyib.

Onun sözlərinə görə, ölən və yaralananların siyahısı açıqlanacaq: “Tapşırığa əsasən, xüsusi istintaq qrupu yaradılıb və baş prokurorun müavini artıq Qazaxıstandadır. Xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar təyyarə vasitəsilə Qazaxıstana göndərilib”.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, Baş Prokurorluqda cinayət işi açılıb: "Qazaxıstan Prokurorluğun əməkdaşları ilə cinayət işinin istintaqı davam etdirilir".

Oxşar xəbərlər

Baş prokurorluqda Aktauda sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş Prokurorluq: Təyyarə qəzası ilə bağlı bütün versiyalar üzrə ekspertiza aparılır, istintaq qrupu iş başındadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
TDT Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində hər iki pilot həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər