Baş prokurorluqda Aktauda sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb
Azərbaycan Respublikasının Baş Prokurorluğunda Aktauda AZAL-a məxsus təyyarə qəzası ilə bağlı cinayət işi açıb.
Bu barədə "Report"a Baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Cinayət işinin istintaqı ilə bağlı Baş Prokurorluqda yaradılmış istintaq qrupunun üzvləri Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə Qazaxıstan Respublikasına ezam olunub. Habelə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iş üzrə müvafiq istintaq və digər zəruri prosessual hərəkətlərin icra olunması məqsədilə Qazaxıstan Respublikasının Baş Prokurorluğuna Beynəlxalq hüquqi yardım haqqında vəsatət göndərilib.
Qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər icra olunur.
Azərbaycan Respublikasının Baş Prokurorluğu təyyarə qəzası nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayır.
Oxşar xəbərlər
Qatarın vurduğu adamın ölməsi ilə bağlı cinayət işi başlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda qatarın vurduğu adamın ölməsi ilə bağlı cinayət işi başlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində hər iki pilot həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda teplovoz vuran 35 yaşlı kişi 5 gün sonra xəstəxanada ölüb, cinayət işi açılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yanğına görə təxliyə olunan 26 körpə KTM-ə yerləşdirilib, vəziyyətləri stabildir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












