ADSEA-nın rəhbəri və Rusiya Su Ehtiyatları Agentliyinin sədri arasında görüş keçirilib
COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov və Rusiya Federasiyasının Su Ehtiyatları Agentliyinin sədri Dmitriy Kirillov arasında yüksək səviyyəli ikitərəfli görüş keçirilib.
Bu barədə "Sizinxeber.az-Economics"ə ADSEA-dan bildirilib.
Görüşdə qlobal iqlim dəyişikliklərinin təsirləri, transsərhəd su ehtiyatlarının idarə olunmasında tərəfdaşlığın vacibliyi, həmçinin Xəzər dənizindəki ekoloji problemlərin həlli ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər regional əməkdaşlığın gücləndirilməsi, innovativ həllərin inkişafı, birgə su ehtiyatlarının davamlı istifadəsini və qorunmasını təmin etmək üçün bilik mübadiləsinin əhəmiyyətini vurğulayıblar.
Bu görüş, hər iki ölkənin davamlı su idarəçiliyini inkişaf etdirmək öhdəliyini bir daha nümayiş etdirir.
Oxşar xəbərlər
Azərbaycan Rusiya ilə Xəzərdəki ekoloji problemlərin həllini müzakirə edib
ADSEA sədri: Davamlı su idarəçiliyi beynəlxalq miqyasda birgə fəaliyyət tələb edir
ADSEA sədri Sabirabadda vətəndaşlarla görüşüb
Zaur Mikayılov: Cənubi Qafqaz birgə idarəetmə ilə bağlı hidro-təhlükəsizlik boşluqları ilə üzləşir
Şöbə müdiri: Su sektorunda müxtəlif qurumların olması pərakəndəliyə səbəb olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













