COP29 zamanı Bakı aeroportunda gündəlik sərnişin dövriyyəsinin 25-27 minə çatacağı gözlənilir
sizinxeber.az xəbər saytı

COP29 zamanı Bakı aeroportunda gündəlik sərnişin dövriyyəsinin 25-27 minə çatacağı gözlənilir


Noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunda gündəlik sərnişin dövriyyəsinin 25-27 minə çatacağı gözlənilir.

"Sizinxeber.az" xəbər verir ki, bunu hava limanının direktoru Teymur Həsənov bildirib.

"Hazırda bu rəqəm 18-20 min arasındadır", - deyə qeyd edib.

T.Həsənovun sözlərinə görə, COP29-la bağlı bütün proseslərin tənzimlənməsi üçün işçi qrup yaradılıb.

"Hava limanı gücləndirilmiş rejimdə gündəlik 45-50 min sərnişinə xidmət göstərə bilər. COP29 çərçivəsində əlavə 15 çarter reysi planlaşdırılır", - o deyib.

Aeroport rəsmisi həmçinin əlavə edib ki, hava limanının uçuş-enmə zolağı əsaslı təmirdən sonra istifadəyə verilib: "Bundan başqa, sürmə yolları təmir olunub, 3 yeni yol inşa edilib. Sərnişin ötürmə qabiliyyətinin artırılması məqsədilə təhlükəsizlik baxış məntəqələrinin sayı artırılıb. 12 ədəd "self-check-in" və 10 ədəd "baggage drop-off" terminalları quraşdırılıb. Hava limanında internet avadanlıqları yenilənib, daha sürətli və dayanıqlı bağlantı təmin edilib".

Oxşar xəbərlər

Bakı aeroportu: COP29 zamanı sərnişin dövriyyəsinin 25-27 min səviyyəsində olacağı gözlənillir
COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
Bakı aeroportunda yenilənmiş uçuş-enmə zolağı istifadəyə verilib
Bakı aeroportunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi müzakirə olunub
Türkiyədə 58-ci aeroport istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle