Bakı aeroportu: COP29 zamanı sərnişin dövriyyəsinin 25-27 min səviyyəsində olacağı gözlənillir
sizinxeber.az xəbər saytı

Bakı aeroportu: COP29 zamanı sərnişin dövriyyəsinin 25-27 min səviyyəsində olacağı gözlənillir


Bakıda keçiriləcək COP29 tədbiri zamanı Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

"APA-Economics" xəbər verir ki, bunu Heydər Əliyev Beynəxalq Aeroportunun direktoru Teymur Həsənov brifinq zamanı bildirib.

Onun sözlərinə görə, tədbir zamanı əlavə işçilər və könüllülər işə cəlb edilib, bütün proseslərin tənzimlənməsi üçün işçi qrup yaradılıb.

"Hazırda Bakı aeroportu üzrə gündəlik sərnişin dövriyyəsi 18-20 min arasıdır. COP29 zamanı bu rəqəm 25-27 minə çatacağı gözlənilir", - Teymur Həsənov qeyd edib.

O əlavə edib ki, hava limanı gücləndirilmiş rejimdə gündə 45-50 min sərnişinə xidmət göstərə bilər.

Teymur Həsənov bildirib ki. COP29 çərçivəsində əlavə 15 çarter reysinin həyata keçirilməsi planlaşdırılır.

Aeroportun rəhbəri onu da əlavə edib ki, COP29-a hazırlıq çərçivəsində uçuş-enmə zolağı əsaslı təmirdən sonra istifadəyə verilib, mövcud sürmə yolları təmir olunub, 3 yenisi inşa edilib.

Qeyd olunub ki, sərnişin ötürmə qabiliyyətini artırması məqsədilə təhlükəsizlik baxış məntəqələrinin sayı artırılıb. Self-check-in (12 ədəd) və baggage drop-off (10 ədəd) terminallarda quraşdırılıb. Hava limanında internet avadanlıqları yenilənib, daha sürətli və dayanıqlı bağlantı təmin edilib.

Oxşar xəbərlər

Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir
Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 33% artıb
Heydər Əliyev Beynəlxalq Aeroportu ACA proqramı çərçivəsində 2-ci səviyyəyə nail olub
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edib
Bakıda COP29-la bağlı xüsusi avtomobillərin hərəkəti məhdudiyyət tətbiq edilmədən test olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər