COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
sizinxeber.az xəbər saytı

COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olunacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə COP29-un sədrliyinin "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.

Qeyd olunur ki, noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı mühüm irəliləyiş əldə olunub.

Son yeniliklərə Bakı Olimpiya Stadionunda işlərin tezliklə başa çatdırılması daxildir. Bundan əlavə, sərnişindaşınmanın asanlaşdırılması üçün 350 elektrik avtobusu nəzərdə tutulub, "bnetwork" vasitəsilə əlavə 4 000 otaq əlçatan olacaq və tədbirin qlobal səviyyədə işıqlandırılması üçün müvəqqəti media mərkəzi yaradılacaq.

Oxşar xəbərlər

COP29 çərçivəsində keçiriləcək bir sıra yan tədbirlər məlum olub
Özbəkistanın ekologiya naziri: COP29-un Azərbaycanda keçirilməsi Mərkəzi Asiya üçün də vacibdir
COP29 Radiospektrin idarə edilməsi portalı fəaliyyətə başlayıb
COP29 qlobal diqqəti cəmləşdirmək və iqlim fəaliyyətini sürətləndirmək üçün təşəbbüslərə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər