Bakı-Sumqayıt qatarlarının bəzi reysləri müvəqqəti ləğv edilir
Noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirlərinə hazırlıq çərçivəsində sərnişindaşıma xidmətinin təhlükəsiz və vaxtında həyata keçirilməsi üçün profilaktik tədbirlərin görülməsi məqsədilə Abşeron dairəvi dəmiryol xətti üzrə texniki fasilə verilir.
"Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, 30 oktyabr-7 noyabr tarixlərində Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu ilə qeyri-pik saatlarda yola düşən qatarların hərəkət cədvəlinə müvəqqəti dəyişiklik edilir.
Həmin tarixlərdə bu marşrut üzrə Bakıdan saat 09:30 və saat 10:00-da, Sumqayıtdan isə saat 10:00 və saat 11:00-da yola düşən sürət elektrik qatarlarının reysləri müvəqqəti olaraq ləğv edilir.
Digər qatarlar 16 sentyabrda elan edilən qrafik üzrə hərəkətdə olacaq.
Oxşar xəbərlər
Bakı-Pirşağı-Sumqayıt qatarlarının qrafikində dəyişiklik edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY: Ağstafa-Bakı və Qəbələ-Bakı qatarları dəyişdirilmiş qrafiklə hərəkət edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Ağstafa dəmir yolu marşrutu üzrə axşam reysləri təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY: Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə reyslər artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












