Bakı-Pirşağı-Sumqayıt qatarlarının qrafikində dəyişiklik edilib
COP29 tədbirlərinə hazırlıq çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmiryol nəqliyyatında artacaq sərnişin tələbatını nəzərə alaraq qatarların qrafik üzrə faziləsiz fəaliyyətinin təmin edilməsi məqdəsilə Abşeron dairəvi dəmiryol xətti üzrə infrastruktura kompleks baxış keçirib. Fəaliyyətində təhlükəsizliyə xüsusi önəm verən ADY sərnişinlərin mənzilbaşına rahat və vaxtında çatdırılması məqsədilə Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə əlavə texniki fasilənin götürülməsini qərara alıb.
Bu barədə “Sizinxeber.az-Economics” ADY-yə istinadən xəbər verir.
Qeyd edilib ki, 30 oktyabr tarixindən 7 noyabr tarixinədək Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu ilə qeyri-pik saatlarda hərəkət edən qatarların qrafikində dəyişiklik edilir. Dəyişikliyə əsasən, qeyd olunmuş 7 gün ərzində Bakıdan saat 09:30-da və 10:00-da, Sumqayıtdan isə 10:00-da və 11:00-da yola düşən sürət qatarlarının reysləri müvəqqəti olaraq ləğv edilir.
Götürülmüş texniki fasilə müddətində ərazidə kontakt şəbəkəsi, rabitə və işarəvermə qurğuları, o cümlədən yoldəyişənlərin tam saz vəziyyətə gətirilməsi üçün profilaktik işlər aparılacaq.
Digər qatarların hərəkəti 16.09.2024-cü il tarixində təsdiq olunmuş hərəkət cədvəli üzrə dəyişiklik edilmədən qüvvədə saxlanılır.
Oxşar xəbərlər
ADY: Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə reyslər artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Sumqayıt qatarlarının bəzi reysləri müvəqqəti ləğv edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY yeni tədris ili üçün şəhərətrafı qatar reyslərinin sayını artırır - CƏDVƏL [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY: Bakı-Pirşağı-Sumqayıt istiqamətində qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY avtodayanacaqlarla bağlı sərnişinlərə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












