Azərbaycanda 2028-ci ilədək içməli su təminatı 85 %-ə çatdırılacaq
sizinxeber.az xəbər saytı

Azərbaycanda 2028-ci ilədək içməli su təminatı 85 %-ə çatdırılacaq


Azərbaycanda 2027-ci ilin sonunadək şirin su ehtiyatlarının artırılması məqsədilə dörd yeni su anbarı yaradılacaq, su təchizatı infrastrukturunun genişləndirilməsi nəticəsində içməli su təminatı 85 %-ə çatdırılacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.

2024−2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, suvarma suyu təminatı isə 90 %-ə çatdırılacaq, alternativ su mənbələrindən istifadə təşviq ediləcək, sayğaclaşma səviyyəsinin 100 %-ə çatdırılmasına, içməli su təchizatı üzrə itkilərin 33 %-ə və suvarma suyu təchizatı sahəsində itkilərin isə 42 %-ə qədər azaldılmasına nail olunacaq.

Bildirilir ki, suların dövlət uçotu sistemi təkmilləşdiriləcək və qanunsuz müdaxilələrin qarşısının alınması nəzərdə tutulur.

Müasir suvarma üsullarının tətbiqi genişləndirilərək 2027-ci ildə ölkə üzrə 10 %-ə çatdırılacaq.

Sanitariya xidmətləri ilə əhatə olunan ərazilərin xüsusi çəkisi isə 43 %-ə çatdırılacaq.

Oxşar xəbərlər

Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası tikiləcək
Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiqlənib
Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” qəbul olunacaq
Azərbaycanda "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" təsdiqlənəcək
Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya qəbul ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər