KTN: Azərbaycanda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 2-3 dəfə artırmaq mümkündür
Azərbaycanda 1,485 milyon hektar suvarılan torpaq sahəsi var ki, bunun da, təkcə bu il 8,1 %-i və ya 120 551 hektarında müasir suvarma sistemləri tətbiq edilib.
“Sizinxeber.az” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, il tamam olmasa da, bu il müasir suvarma sistemləri tətbiq edilən sahələrin həcmi ötən ildən çoxdur (2023-cü ildə 119,5 min hektar): “Hazırda Azərbaycanda 61 222 hektar pivot sulama ilə təmin edilib”.
O qeyd edib ki, ötən il dövlət maliyyəsi hesabına 8 349 hektar ərazinin müasir suvarma ilə təmin edilməsi üçün 19,3 milyon manat subsidiya ayrılıb: “Təkcə bu ilin 6 ayında isə 1 886 hektar ərazinin müasir suvarma sistemi ilə təmin edilməsi üçün 4,1 milyon manat subsidiya ayrılıb”.
Firudin Tağıyev hesab edir ki, əkin sahələrini genişləndirmədən, müasir suvarma sistemlərinin tətbiqi ilə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 2-3 dəfə artırmaq mümkündür.
Oxşar xəbərlər
İlhamə Qədimova: “Son 5 ildə suvarma sistemlərinin qurulmasına 93 milyon manat subsidiya ayrılıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda müasir suvarma sistemlərinin tətbiq edildiyi ərazilərin sahəsi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Firudin Tağıyev: "İşğaldan azad edilmiş ərazilərin potensialı şirin su ehtiyatlarımızı daha da əlçatan edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda yerli istehsala aid suvarma sistemləri 60 % güzəştlə satılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
FAO rəsmisi: “Azərbaycan su ehtiyatlarının idarə edilməsində mühüm addımlar atıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












