Azad edilmiş ərazilərdə faydalı qazıntı yataqları daha 2 il birbaşa danışıqlar yolu ilə istifadəyə veriləcək
İşğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqları (tələb olunan faydalı qazıntı növləri və onların həcmi nəzərə alınmaqla) istifadəyə verildikdə daha 2 il birbaşa danışıqlar yolu ilə veriləcək.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”nda müvafiq dəyişiklik edib.
Bundan əvvəl qüvvədə olan qərara əsasən, 2025-ci il yanvarın 1-dək azad edilmiş ərazilər faydalı qazıntı yataqları daha birbaşa danışıqlar yolu ilə veriləcəkdi. Bu müddət 1 yanvar 2027-ci ilədək uzadılıb.
Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə ayrılan yerin təki sahələri işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə də 2027-ci il yanvarın 1-dək birbaşa danışıqlar yolu əsas götürüləcək .
Oxşar xəbərlər
Azad edilmiş ərazilər faydalı qazıntı yataqları daha 2 il birbaşa danışıqlar yolu ilə istifadəyə veriləcək
Azad edilən ərazilərdə faydalı qazıntı yataqları daha 2 il birbaşa istifadəyə veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
