Azad edilən ərazilərdə faydalı qazıntı yataqları daha 2 il birbaşa istifadəyə veriləcək
sizinxeber.az xəbər saytı

Azad edilən ərazilərdə faydalı qazıntı yataqları daha 2 il birbaşa istifadəyə veriləcək


Nazirlər Kabineti 10 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”na dəyişiklik edib.

"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqları istifadəyə verilməsi, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə ayrılan yerin təki sahələri işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə birbaşa danışıqlar yolu ilə istifadəyə verilməsi müddəti daha 2 il artırılaraq 2027-ci il yanvarın 1-nə qədər uzadılıb.

Oxşar xəbərlər

Azad edilmiş ərazilər faydalı qazıntı yataqları daha 2 il birbaşa danışıqlar yolu ilə istifadəyə veriləcək
Nazirlər Kabineti sosial sığorta haqlarının subsidiyalaşdırılması barədə qərar verib
Azad edilmiş ərazilərdə ƏDV-dən azad edilən materialların siyahısında dəyişiklik edilib
Dövlət Agentliyi: “Azad olunan ərazilərdə faydalı qazıntıların istismara verilməsi ilə əlaqədar 40 müraciətə mənfi cavab verilib”
Əli Əsədov yeni qərar imzaladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər