Bəxtiyar Məmmədov: “COP29-la bağlı Bakı metrosunda iş rejimi dəyişməyəcək”
Hazırda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı “Bakı Metropoliteni” QSC-nin iş rejimində hər hansı dəyişiklik nəzərdə tutulmayıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, COP29 ərəfəsində Bakıya gələcək qonaqların sayı kifayət qədər çox olacaq: “Bununla əlaqədar yerüstü şəhər infrastrukturunun fəaliyyət rejiminə uyğun olaraq metroda müvafiq tənzimləmələrin hər biri tətbiq olunacaq. Hazırda bütün qurumlarla intensiv əlaqələrin təmin edilməsi, o cümlədən COP29 Əməliyyat Şirkəti ilə məsləhətləşmələr, tövsiyələrin alınması, müxtəlif məlumatların toplanması mərhələsi davam edir. COP29 dövründə həm qonaqların, həm də Bakı metrosundan daimi istifadə edən sərnişinlərin rahatlığı məqsədilə bütün tədbirlər görüləcək”.
Oxşar xəbərlər
COP29 ərəfəsində iqlim dəyişikliyi ilə bağlı yay düşərgəsi təşkil olunacaq
COP29 çərçivəsində keçiriləcək bir sıra yan tədbirlər məlum olub
Elnur Sultanov: Azərbaycan COP29-da bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək
Elnur Soltanov: Azərbaycan COP29-da bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
