COP29 çərçivəsində keçiriləcək bir sıra yan tədbirlər məlum olub
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bir sıra yan tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Bunu "Report"a müsahibəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir (Wasim Mir) deyib.
O qeyd edib ki, yan tədbirlər, əsasən, vətəndaş cəmiyyətləri, BMT-nin digər strukturları və başqa təşkilatlar tərəfindən keçiriləcək:
"COP29 çərçivəsində bir sıra məsələlər müzakirə olunacaq. Əsası BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) bir hissəsi olan danışıqlar təşkil edəcək. Lakin bundan başqa, yan tədbirlər də nəzərdə tutulub. Məsələn, COP Prezidentliyi tərəfindən keçirilən tədbirlərimiz olacaq. Bundan başqa, iqlim fəaliyyəti üzrə Mərakeş prosesi çərçivəsində tədbirin keçirilməsi nəzərdə tutulub. Bütün bunlarla yanaşı, COP29 məkanında vətəndaş cəmiyyətləri və bəzi üzv dövlətlər tərəfindən idarə ediləcək pavilyonlar da olacaq. Yəni COP-u unikal edən və iqlim dəyişikliyi ilə mübarizədə ən mühüm qlobal tədbirə çevirən əsas danışıqlarla yanaşı, bir çox müxtəlif tədbirlər də gözlənilir".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
COP29 gələn il Azərbaycanda keçiriləcək - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 ərəfəsində iqlim dəyişikliyi ilə bağlı yay düşərgəsi təşkil olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 Təşkilat Komitəsinin sədri: “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni tam razılaşdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNFCCC: İqlim dəyişikliyinin fəsadları getdikcə daha çox investisiya tələb edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistanın ekologiya naziri: COP29-un Azərbaycanda keçirilməsi Mərkəzi Asiya üçün də vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












