Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının Texniki Əməkdaşlıq Komitəsinin sessiyasında təmsil olunub
sizinxeber.az xəbər saytı

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının Texniki Əməkdaşlıq Komitəsinin sessiyasında təmsil olunub


Azərbaycan Böyük Britaniyanın paytaxtı Londonda Beynəlxalq Dəniz Təşkilatının (BDT) mənzil-qərargahında keçirilən Texniki Əməkdaşlıq Komitəsinin 76-cı sessiyasında təmsil olunub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, tədbirdə Dövlət Dəniz və Liman Agentliyinin Beynəlxalq əlaqələr departamentinin direktoru Ramil Qasımov və İnsan resursları departamentinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərmin Nəbiyeva iştirak ediblər.

Sessiyada BDT-nin Baş katibi Arsenio Dominguez və üzv dövlətlərin nümayəndələri Azov dənizində həlak olan azərbaycanlı dənizçilərin ailələrinə və yaxınlarına başsağlığı veriblər. Dənizçilərin bu və ya digər şəkildə hədəfə alınmaması ilə bağlı çağırış edilib, onların dünya ticarətinin təmin olunmasındakı mühüm rolundan danışılıb.

Müzakirələr zamanı texniki əməkdaşlıq fəaliyyətinin nəticələri nəzərdən keçirilib və növbəti illər üzrə prioritet istiqamətlərin müəyyən edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Üzv dövlətlərdə kadr potensialının gücləndirilməsi, rəqəmsal transformasiya, dənizçilərin peşə hazırlığı, gəmi göyərtəsində təlim proqramları, axtarış-xilasetmə sistemlərinin təkmilləşdirilməsi və texniki yardım mexanizmlərinin inkişafı məsələlərinə xüsusi diqqət yetirilib.

Sessiyada BDT-nin Texniki Əməkdaşlıq Portalının inkişafı, audit nəticələrinə əsaslanan texniki yardım fəaliyyətlərinin genişləndirilməsi və üzv dövlətlər üçün məqsədyönlü dəstəyin gücləndirilməsi ilə bağlı qərarlar qəbul olunub.

Oxşar xəbərlər

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının tədbirində təmsil olunub
QDİƏT Parlament Məclisinin Baş katibi Azərbaycana başsağlığı verib
Rəşad Nəbiyev Beynəlxalq Dəniz Təşkilatının Baş katibi ilə görüşüb
Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçiriləcək
Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər