Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub.
"Sizinxeber.az" xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Səbinə Mehdiyeva Azərbaycan Milli Konservatoriyasının nəzdində Bakı Musiqi Kollecinin direktoru vəzifəsinə təyin edilib.
S.Mehdiyeva Bakı Musiqi Akademiyasında fortepiano ixtisası üzrə bakalavriat, musiqişünaslıq ixtisası üzrə magistratura təhsili alıb. 2009-cu ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini əldə edib. Pedaqoji fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi başlayan Səbinə Mehdiyeva sonrakı illərdə həmin ali təhsil müəssisəsində baş müəllim, dosent və kafedra müdiri vəzifələrində çalışıb. O, həmçinin Bakı Musiqi Akademiyasında fortepiano müəllimi kimi fəaliyyət göstərib. 2021-ci ildən hazırkı təyinatınadək Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru vəzifəsində çalışıb. Səbinə Mehdiyeva respublika və beynəlxalq müsabiqələrin laureatıdır. O, eyni zamanda bir sıra elmi məqalələrin və dərs vəsaitlərinin həmmüəllifidir.
Oxşar xəbərlər
Azərbaycan Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub
Üç kollecə direktor təyin olunub - SİYAHI
Kolleclərə direktor müavinləri təyin olunub
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyin olunub
Bəstəkar Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
