Fransanın dövlət borcu COVID-19 dövrünün rekorduna yaxınlaşıb
Fransanın dövlət borcu 2026-cı ilin birinci rübündə 2025-ci ilin dördüncü rübü ilə müqayisədə 75,6 milyard avro artaraq, ilk dəfə 3,5 trilyon avronu ötüb.
"Report"un Avropa bürosu xəbər verir ki, bunu ölkənin milli statistika idarəsinin iyunun 25-də dərc etdiyi məlumatlar göstərir.
Martın sonuna olan vəziyyətə görə, Fransanın dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 117,5%-nə uyğundur. 2025-ci ilin sonuna bu göstərici ÜDM-in 115,6%-ni (3,4605 trilyon avro) təşkil edirdi.
Borc yükünün səviyyəsi praktiki olaraq COVID-19 pandemiyası dövründə iqtisadiyyata genişmiqyaslı dəstək tədbirlərindən sonra 2021-ci ilin birinci rübündə qeydə alınmış rekord göstəriciyə - ÜDM-in 117,8%-nə yaxınlaşıb.
"Le Monde" nəşrinin qeyd etdiyi kimi, 1980-ci ildə Fransanın dövlət borcu ÜDM-in təxminən 20%-ni təşkil edirdi, 2000-ci ilə qədər təqribən 60%-ə qədər artıb, hazırda isə borc yükünün səviyyəsinə görə Avropa İttifaqı (Aİ) ölkələri arasında Fransa yalnız Yunanıstan və İtaliyadan geri qalır.
2025-ci ildə Fransanın dövlət sektorunun kəsiri 152,5 milyard avro və ya ÜDM-in 5,1%-ni təşkil edib.
Dövlət borcunun artımı hökumətin 2027-ci il üçün büdcə hazırlaması və kəsirinin azaldılması üzrə tədbirlər axtarışı fonunda baş verir. Daha sonra hakimiyyət orqanları büdcə vəziyyətini qiymətləndirmək üçün dövlət maliyyəsinin monitorinqi komitəsinin iclasını keçirməyi planlaşdırır.
Fransanın Hesablama Palatası xəbərdarlıq edib ki, dövlət borcunun daha da artması maliyyə bazarlarının etimadını sarsıda bilər. Onun qiymətləndirməsinə görə, 2026-cı ildə borcun həcmi 3,6 trilyon avronu ötə və ÜDM-in 118,5%-nə çata bilər, ona xidmət xərcləri isə daha yüksək borclanma dərəcələri səbəbindən 77,4 milyard avroya qədər artacaq.
"Reuters"in məlumatına görə, Hesablama Palatası həmçinin hesab edir ki, büdcə kəsirini 2029-cu ilə qədər ÜDM-in 3%-dən aşağı salmaq üçün hökumət büdcə konsolidasiyası üzrə çoxillik proqramı həyata keçirməli olacaq.
Oxşar xəbərlər
Ötən il Fransanın dövlət borcu ÜDM-in 113 %-ni təşkil edib
Fransanın baş naziri: Ölkənin heç vaxt bu qədər dövlət borcu olmayıb
Ermənistanın dövlət borcu bu il 6 %-ə yaxın artıb
Gürcüstanın xarici dövlət borcu ilk dəfə 9 milyard dolları keçib
Bayru: Fransanın dövlət borcu hər saniyə 5 000 avro artır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
