"Regional Su Meliorasiya" və "İri Şəhərlərin Su Təchizatı"nın nizamnamələri təsdiqlənib
Nazirlər Kabineti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan "Regional Su Meliorasiya" və "İri Şəhərlərin Su Təchizatı" QSC-lərin nizamnamələrini təsdiq edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, "Regional Su Meliorasiya" Agentliyin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinin üquqi varisidir və həmin publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib. Cəmiyyət meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin rayon və şəhərlərdə (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini (bundan sonra – müvafiq sahə) həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 5 826 007 294 manatdır, nominal dəyəri 2 manat olan 2 913 003 647 ədəd adi, sənədsiz adlı səhmdən ibarətdir. Bütün səhmləri dövlətə məxsusdur.
"İri Şəhərlərin Su Təchizatı" isə Agentliyin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin hüquqi varisidir və həmin publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib. Cəmiyyət Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 2 400 427 052 manatdır, nominal dəyəri 2 manat olan 1 200 213 526 ədəd adi, sənədsiz adlı səhmdən ibarətdir. Bütün səhmlər dövlətə məxsusdur.
Oxşar xəbərlər
ADSEA-nın strukturuna daxil olmayan tabeli qurumların siyahısı təsdiqlənib
ADSEA strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilib
Azərbaycanın sutikinti müəssisəsi təşkilati-hüquqi formasını dəyişir
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib
Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Conatan Devid Kanada millisinin tarixinə düşüb
-
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
-
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
