Azərbaycanın sutikinti müəssisəsi təşkilati-hüquqi formasını dəyişir
Ləğv olunmuş "Azərsu" ASC-nin "Sutikinti" Müəssisəsi adını və təşkilati-hüquqi formasını dəyişdiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, müəssisə bundan sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə məxsus "Sutikinti" MMC kimi fəaliyyət göstərəcək.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Prezident İlham Əliyevin 30 mart 2023-cü il tarixli fərmanı ilə su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılıb. “Azərsu” və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-lər əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.
Hazırda Agentliyin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə yanaşı, Regional Su Meliorasiya Xidməti, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, Tikilməkdə Olan Obyektlərin Müdriyyəti, Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutu, Agentliyin yanında isə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti fəaliyyət göstərir.
Oxşar xəbərlər
“Azərbaycan Bank Tədris Mərkəzi" adını və təşkilati-hüquqi formasını dəyişir
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti auditor seçib
Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu auditor seçib
“Azəripək” təşkilati-hüquqi formasını dəyişir
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












