“Turkish Airlines” mayın 9-dan Türkiyə ilə Rusiya arasında uçuşları bərpa edəcək
sizinxeber.az xəbər saytı

“Turkish Airlines” mayın 9-dan Türkiyə ilə Rusiya arasında uçuşları bərpa edəcək


Rusiyanın aviasiya tənzimləyicisi Türkiyənin “Turkish Airlines” aviaşirkəti ilə mayın 9-dan etibarən Türkiyə və Rusiya arasında uçuşların tam bərpası barədə razılığa gəlib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Rosaviasiya”nın teleqram kanalında bildirilib.

Aviaşirkət, həmçinin mayın 9-na olan qrafikinə ölkələr arasında əlavə uçuşların artırılması imkanlarını da nəzərdən keçirir.

Rusiya Turoperatorları Assosiasiyasından (RTA) daha əvvəl bildirildiyi kimi, “Turkish Airlines” mayın 8-də Vnukovo hava limanından Antalya, Bodrum, Dalaman və İstanbula ümumilikdə 20 reysi, “Pegasus Airlines” şirkəti isə eyni hava limanından Antalya, İstanbul və Bodruma 4 reysi, eləcə də Sankt-Peterburqdan Antalya və İstanbula 7 reysi təxirə salıb.

“Nəqliyyat Nazirliyi, “Rosaviasiya” və “Turkish Airlines” mayın 9-dan etibarən Türkiyə ilə Rusiya arasında tam uçuş proqramının bərpası barədə razılığa gəliblər. “Turkish Airlines” mayın 9-da öz qrafikinə əlavə reyslər artırmaq imkanları üzərində işləyir”, - məlumatda deyilir.

Bundan əlavə, “Rosaviasiya” “SouthWind” aviadaşıyıcısının may bayramları üçün Türkiyə və Rusiya arasında əlavə uçuşlar həyata keçirməsi ilə bağlı müraciətini müsbət cavablandırıb. Aviaşirkət digər aviaşirkətlərin reyslərində daha əvvəl uça bilməyən sərnişinləri də daşıyacaq.

Bundan başqa, Rusiyanın “Azur air” aviadaşıyıcısı mayın 6-7-də digər aviaşirkətlərin reysləri ilə uça bilməyən turistlərlə Antalya və Moskva arasında əlavə iki reys həyata keçirmək qərarına gəlib. “Azur air” may bayramlarında turistlərin daşınmasını təmin etmək üçün Rusiyadan Türkiyəyə və əks istiqamətdə uçuş proqramının həcmini genişləndirmək imkanlarını da nəzərdən keçirir.

Oxşar xəbərlər

“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
“Turkish Airlines” Beyruta uçuşları dayandırıb
Türkiyə Suriyaya 13 il əvvəl dayandırılan uçuşları bərpa edəcək
“Turkish Airlines” və “EgyptAir” Somalinin paytaxtına uçuşları dayandırıb
Misir aviaşirkəti Rusiyaya uçuşları azaldır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər