Bu il Laçının Güləbird kəndinə köç olacaq
sizinxeber.az xəbər saytı

Bu il Laçının Güləbird kəndinə köç olacaq


Növbəti mərhələdə Laçın sakinlərinin Güləbird kəndinə köçürülməsinə başlanılacaq. Kəndə köç bu ilin ikinci yarısında həyata keçiriləcək.

"Sizinxeber.az"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində deyib.

Prezidentin xüsusi nümayəndəsi bildirib ki, rayonun Qorçu, Şəlvə, Ərikli və digər kəndlərinin də tikintisinə başlanılacaq.

"Laçın ən uzun müddət işğal altında olmuş rayonumuzdur. Hazırda Laçın cənnətməkana verilib. Keçən ilin mayın 28-də ilk sakinlər Laçına qayıdıb. Hazırda Laçın şəhərində iki mindən, Zabux və Susda isə mindən çox sakin məskunlaşıb. Sakinlərin köçürülməsi prosesi bundan sonra da davam etdiriləcək".

Oxşar xəbərlər

Laçında məskunlaşan daha 20 ailəyə açarlar verildi
Keçmiş məcburi köçkün: “Artıq həsrət başa çatıb”
Zabuxa qayıdan sakin: “Atamın, anamın doğulduğu yeri görəcəyəm”
Laçına qayıdan sakin: Sonuncu dəfə bu qədər xoşbəxt olduğumu xatırlamıram
Laçın sakini: “Bu gün hamımız sevincliyik”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər