“The Gulf Observer”: Ermənilərin Azərbaycanın mədəni irsini məhv etməsi bütün bəşəriyyətə qarşı vandalizmdir
Ermənilərin Azərbaycanın maddi və mədəni irsini məhv etməsi təkcə Azərbaycana deyil, həm də ümumbəşəri dəyərlərə qarşı vandalizm aktıdır.
“Report” xəbər verir ki, bu barədə “The Gulf Observer” yazır.
Materialda qeyd olunur ki, erməni işğalının üç onilliyi ərzində 700-dən çox tarixi abidə, 100 mindən çox eksponatı olan 22 muzey, 927 kitabxana, 58 arxeoloji abidə, 26 qala və qala divarları, eləcə də digər mədəni irs obyektləri dağıdılıb, qarət edilib və ya qanunsuz mənimsənilib.
Xüsusilə, vurğulanıb ki, Kəlbəcər rayonundakı XIII əsrə aid Xudavəng monastırının qədim əlyazmaları və Ağdam rayonundakı Şahbulaq qalası yaxınlığında aparılan qazıntılar zamanı aşkar edilmiş qiymətli tapıntılar kimi nadir mədəniyyət nümunələri işğal dövründə gizlicə Ermənistana aparılıb.
Qarabağda vandalizm aktları haqqında çoxsaylı reportajlara baxmayaraq, onlar dünya KİV-ində geniş işıqlandırılmayıb. Xüsusilə, qeyd etmək lazımdır ki, işğal olunmuş ərazilərdəki məscidlər mal-qara tövlələrinə çevrilib. Xristian məbədləri də vandalizmə məruz qalıb - Xocavənd rayonundakı iki məbəd döyüş mövqeyi kimi istifadə edilib, xristian dini abidələrinin divarları yazılarla doldurulub. Bundan əlavə, azad edilmiş ərazilərdə bir məbəd tamamilə dağıdılıb, daha 20-si qismən və ya tamamilə zədələnib. Həmçinin, qəbiristanlıqların minalanması və məzarların təhqir edilməsi faktları da qeydə alınıb.
Qeyd olunub ki, bütün bu hərəkətlər UNESCO sənədləri - 1954-cü il Haaqa Konvensiyası, onun iki protokolu, həmçinin 1970-ci il Konvensiyası daxil olmaqla beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır.
“The Gulf Observer” vurğulayıb ki, uzunmüddətli işğala baxmayaraq, bu gün Azərbaycan öz vəsaiti hesabına Qarabağ və Şərqi Zəngəzurun bərpası üzrə genişmiqyaslı işlər aparır. "Böyük Qayıdış" proqramı çərçivəsində minlərlə insan artıq doğma yurdlarına qayıdır - proqramın birinci mərhələsi 2026-cı ildə başa çatacaq, bu zaman təxminən 140 min insan öz doğma evlərinə qayıtmış olacaq.
Oxşar xəbərlər
Beynəlxalq konfransın əcnəbi iştirakçıları Xudavəng monastırında olub
Bakıda keçirilən konfransın əcnəbi iştirakçıları Xudavəng monastırında olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksində olublar-YENİLƏNİB
Astarada arxeoloji qazıntılar nəticəsində XIV əsrə aid memarlıq elementləri aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
