Bakı metropoliteni yay hərəkət qrafikinə keçib
Tədris ilinin yekunlaşması, yay mövsümünün başlanması və nəticədə sərnişin axınının azalması ilə əlaqədar “Bakı Metropoliteni” QSC tərəfindən qatarların hərəkət qrafikinə dəyişiklik edilib.
Bu barədə “Report”a “Bakı Metropoliteni”ndən məlumat verilib.
Bildirilib ki, yay qrafikinə əsasən metropolitendə qatarların hərəkəti iş və qeyri-iş günlərində iki fərqli cədvəllə tənzimlənir.
İş günlərində “28 May-Əhmədli” sahəsində və əks istiqamətdə saat 07:00-10:00 və 17:00-21:00-da qatarlar arasında interval 2,5 dəqiqə təşkil edir. Günün digər saatlarında qatarlar 3 dəqiqəlik intervalla hərəkət edir. Şənbə və bazar günlərinin cədvəlinə əsasən isə həmin istiqamətlərdə saat 06:00-dan 22:00-a qədər qatarlararası interval 3 dəqiqədir.
“28 May-İçərişəhər” və “28 May-Dərnəgül” istiqamətlərində interval qeyd edilən müddətlərdən iki dəfə artıq müəyyən edilib.
Bənövşəyi xətdə və “Xətai-Cəfər Cabbarlı” mənzilində hərəkət qrafikində dəyişiklik olunmayıb.
Qrafik dəyişikliyi “Bakmil” stansiyası və əksinə hərəkətə də tətbiq edilib və yeni qrafik “metro.gov.az” saytında yerləşdirilib.
Oxşar xəbərlər
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişib
Bakı metrosu COP29-un ilk günlərində sərnişinlərini 1 saat tez qəbul edəcək
Bakı metropolitenində bazar günü üçün qatarların iş qrafiki açıqlanıb
Bakı metrosunda texniki cəhətdən mümkün ən sıx hərəkət qrafiki tətbiq ediləcək
Bayram günlərində metropolitenin iş rejiminə dəyişiklik ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













