Xankəndi Konqres Mərkəzi müasir texniki avadanlıqlarla təchiz olunub
Xankəndi Konqres Mərkəzi müasir texniki avadanlıqlarla təchiz olunub.
Bu barədə “Report”un Xankədiyə ezam olunan əməkdaşına Xankəndi Konqres Mərkəzinin nümayəndəsi Nəcəf Bədəlov bildirib
O bildirib ki, müasir texniki avadanlıqlarla təchiz olunmuş Konqres Mərkəzi 6500 kvadratmetr sahəni əhatə edir:
"Burada teatral üslubda 600, ziyafət üslubunda isə 350 nəfərlik tədbir zalları, iclas, konfrans otaqları və digər müxtəlif təyinatlı otaqlar yaradılıb".
Onun sözlərinə görə, özündə müasirliklə milli memarlıq ənənələrini birləşdirən Mərkəzin binasında müxtəlif konqreslər, konfranslar, seminarlar, işgüzar görüşlər, ölkə və beynəlxalq əhəmiyyətli digər tədbirlərin keçirilməsi üçün geniş imkanlar var:
"Konqres Mərkəzinin fəaliyyətinin ilkin mərhələsində 12 nəfər daimi iş yeri ilə təmin olunub. Onlardan 8-i Xankəndi, Xocalı, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir. Yüksək funksionallığı və müasirliyi ilə diqqət çəkən Konqres Mərkəzi işğaldan azad olunmuş ərazilərimizin sosial-iqtisadi potensialının inkişafına xidmət edən mühüm layihələrdən biridir".
Qeyd edək ki, iyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi Konqres Mərkəzinin açılışında iştirak edib.
Oxşar xəbərlər
Xankəndi Konqres Mərkəzinin açılışı olub
Prezident Xankəndinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub - YENİLƏNİB
Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub
Prezident İlham Əliyev Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
