BMT: Afrikanın urbanizasiya prosesi dövrümüzün ən böyük investisiya imkanlarından biridir
Afrikanın urbanizasiya prosesi mənzil, infrastruktur, iqlimə davamlı tikinti, logistika və texnologiya sahələrində dövrümüzün ən böyük uzunmüddətli investisiya imkanlarından birini yaradır.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu BMT Baş katibinin müavini Amina Mohammed Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan "Afrikada əlçatan mənzil üzrə tərəfdaşlığın investor sessiyası"nda bildirib.
O deyib ki, ev insanın imkanlarının formalaşdığı ilk məkanlardan biridir. Bununla belə, hazırda dünyada 1,1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır, 300 milyondan çox insanın isə ümumiyyətlə yaşayış yeri yoxdur.
Amina Mohammed qeyd edib ki, bu problemin böyük hissəsi Afrikanın payına düşsə də, qitə eyni zamanda həll yollarına və böyük potensiala malikdir.
Onun sözlərinə görə, 2050-ci ilə qədər Afrika əhalisi 2,5 milyarda çatacaq və artımın əsas hissəsi şəhərlərdə baş verəcək. Bu isə mənzil, kommunal infrastruktur, iqlim dayanıqlılığı, tikinti sənayesi, şəhər iqtisadiyyatı, texnologiya və innovasiya sahələrində geniş investisiya imkanları yaradacaq.
BMT Baş katibinin müavini vurğulayıb ki, Afrika İttifaqının "Agenda 2063" strategiyasında urbanizasiya və mənzil məsələləri əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Məqsəd bütün afrikalıların təhlükəsiz, təmiz, yaxşı planlaşdırılmış və əlçatan mənzillərlə təmin olunmasıdır.
Amina Mohammed bildirib ki, növbəti mərhələdə əsas vəzifə siyasi öhdəlikləri konkret layihələrə çevirmək, milli strategiyaları maliyyə resursları ilə əlaqələndirmək, texniki imkanları icra tərəfdaşları ilə bir araya gətirmək və investisiya üçün hazır layihələr formalaşdırmaqdır.
Onun sözlərinə görə, əlçatan mənzil yalnız yaşayış məsələsi deyil, həm də yoxsulluğun azaldılması, sağlamlığın qorunması, gender bərabərliyinin təşviqi və iqlim dəyişikliklərinə qarşı dayanıqlılığın gücləndirilməsi baxımından mühüm rol oynayır.
Oxşar xəbərlər
UN-Habitat rəhbəri: Afrikada mənzil çatışmazlığı 2030-cu ilədək 130 milyona çatacaq
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
Rossbax: Urbanizasiya təbiəti, kənd təsərrüfatını və ərzaq təhlükəsizliyini sıxışdırır
Anaklaudia Rossbax: "Dünyada bir milyard insanın suya çıxış problemi qalmaqdadır"
Maimuna Mohd Şərif: Bakıda 5 gün ərzində hərtərəfli müzakirələr aparılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
