"CBS": Tramp Körfəz liderləri ilə İran məsələsini müzakirə edəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
may
2026
02:00
0
0
1 258
ff aaaaaaa

"CBS": Tramp Körfəz liderləri ilə İran məsələsini müzakirə edəcək

24 may, 2026
02:00
1 258

"CBS": Tramp Körfəz liderləri ilə İran məsələsini müzakirə edəcək

ABŞ Prezidenti Donald Tramp mayın 23-də Fars körfəzi dövlətlərinin liderləri ilə görüş keçirməyi planlaşdırır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "CBS" televiziya kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məsləhətləşmələr videokonfrans vasitəsilə keçiriləcək.

Daha əvvəl, "Axios"a verdiyi müsahibədə Tramp İranla razılığa gəlmək və ya hərbi əməliyyatların bərpası şanslarının 50-50 olduğunu bildirib.

O, əlavə edib ki, mayın 23-də danışıqlar qrupu ilə görüş keçirmək və mayın 24-də İranla hərbi əməliyyatların bərpası ilə bağlı qərar qəbul etmək niyyətindədir.

"CBS"yə verdiyi müsahibədə ABŞ lideri Vaşinqton və Tehran arasında saziş layihəsinin artıq hazır olduğunu bildirsə də, onu təsdiqləyib-təsdiqləmədiyini açıqlamayıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul