“SOCAR Fiber” və “TurkNet” Türkiyənin internet infrastrukturunu gücləndirməyə razılaşıb
“SOCAR Turkiye Enerji”nin törəmə müəsisəsi olan “SOCAR Fiber” və “TurkNet” şirkəti Türkiyənin internet infrastrukturunu gücləndirmək məqsədilə strateji əməkdaşlıq sazişi imzalayıblar.
Bu barədə “Sizinxeber.az” “SOCAR Turkiye Enerji”nin sosial şəbəkələrdəki məlumatına istinadən xəbər verir.
"Layihə çərçivəsində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) qaz kəməri boyunca uzanan 1 850 km uzunluğundakı “SOCAR Fiber”in fiber-optik rabitə xətti “TurkNet”in magistral şəbəkəsinə inteqrasiya ediləcək", - məlumatda bildirilib.
Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində Gürcüstandan Yunanıstana qədər uzanan bu fiber-optik rabitə xətti indi Bursa, Eskişehir, Ankara, Sivas, Ərzurum və Qars şəhərləri yaxınlığından da keçəcək və bu yaşayış məntəqələrindəki istifadəçilərə yüksək sürətli və sabit internet bağlantısı təmin edəcək.
“SOCAR Fiber” 2013-cü ildə IP trafikinə və yüksək sürətli internet bağlantısına artan tələbatı qarşılamaq üçün təsis edilib. Şirkət 20 şəhər və 67 rayonda xidmət göstərir.
Oxşar xəbərlər
SOCAR Türkiyədəki telekommunikasiya şirkətinin satış prosesini başa çatdırıb
“Aztelekom”: Azərbaycan internetin orta sürətinə görə 30 pillə irəliləyib
Azərbaycanda fiber-optik internet tətbiqinin əhatə dairəsi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
-
Avropa çempionatı: 1/4 final cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub
-
"Azərkosmos"un ixrac gəlirləri 55 %-dən çox artıb
-
TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk
-
Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edərək 1/4 finala yüksəlib
-
“Marsel” avrokuboklardan kənarlaşdırıla bilər
