Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
sizinxeber.az xəbər saytı

Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub


Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bir sıra hərbi obyektlərdə olub.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfər proqramına uyğun olaraq, müdafiə naziri Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani və Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili ilə birlikdə mayor Gela Çedia adına Xüsusi Əməliyyatlar Komandanlığının Muxrovanidəki bazasında olub.

Hərbi baza barədə ətraflı məlumat verildikdən sonra Azərbaycan nümayəndə heyəti burada yaradılan şəraitlə tanış olub və silahlara baxış keçirib.

Oxşar xəbərlər

Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub, atışlarda iştirak edib
Müdafiə nazirləri Azərbaycan-Slovakiya hərbi əməkdaşlığının vəziyyətini müzakirə edib
Azərbaycan və Gürcüstanın müdafiə nazirləri görüşüblər
Azərbaycan HHQ komandanı Özbəkistana səfər edib
Zakir Həsənov Qırğızıstana rəsmi səfər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər