Bakıda bəzi küçə və prospektlərdə hərəkət qismən məhdudlaşdırılacaq
Bakıda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə “Sizinxeber.az” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Məlumata görə, iyunun 14–16-da paytaxtın bəzi küçə və prospektlərdə yol təmir işləri aparılacaq.
Bildirilib ki, təmir işləri aparılacaq ünvanlar - Səbail rayonu – Badamdar şosesi, Binəqədi rayonu – Mehdiabad–Binəqədi–Balaxanı yolunun kəsişməsi, Nərimanov rayonu – Ziya Bünyadov prospekti, Ə.Salamzadə küçəsindən Azadlıq prospekti istiqamətinə, Çingizxan mərasim evinin yanı, yan yol, Xətai rayonu – Babək prospekti, 92 nömrəli ünvanda, yan yol və maşın bazarının yaxınlığı, Yasamal rayonu – Ə.Haqverdiyev küçəsi, H.Cavid prospektindən Ş.Mehdiyev küçəsinədək, Nizami rayonu – R.Rüstəmov və E.Süleymanov küçələrinin kəsişməsidir.
Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Oxşar xəbərlər
NİİM Bakıda təmir işləri aparılan yolları açıqlayıb
Əbdülvahab Salamzadə küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
Bakıda bir neçə yolda təmirlə bağlı avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub - FOTO
Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
