Bakıda bir neçə yolda təmirlə bağlı avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub - FOTO
sizinxeber.az xəbər saytı

Bakıda bir neçə yolda təmirlə bağlı avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub - FOTO


Hazırda aidiyyəti dövlət qurumları tərəfindən paytaxtın bir neçə küçə və prospektində yolda təmir işləri aparılır və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə Sizinxeber.az-ya DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov məlumat verib.

Sektor müdiri qeyd edib ki, hazırda aidiyyəti dövlət qurumları tərəfindən paytaxtın bir neçə küçə və prospektində yolda təmir işləri aparılır və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Təmir səbəbindən avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan yollar aşağıdakılardır:

1. Xətai rayonu, Babək prospekti ilə Süleyman Vəzirov küçəsinin kəsişməsi (ticarət mərkəzinin yaxınlığı);

2. Nərimanov rayonu, Həsən Əliyev və Aşıq Molla Cümə küçələrinin kəsişməsi, Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər, hər iki istiqamətdə təmir işləri ilə əlaqədar məhdudiyyət tətbiq edilib.


Təmir işləri aparılan küçə və prospektlər:

1. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, dairədən ("Şəki" restoranın qarşısı) “Nərimanov” m/st istiqamətində;

2. Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Səbail rayonu, Badamdar şosesi və Əziz Nəzərov küçəsinin kəsişməsində;

4. Səbail rayonu, Badamdar şosesi, (Caspian İnternational Hospitalın yaxınlığı), mərkəz istiqamətində yolda təmir işləri aparılır.

Oxşar xəbərlər

Bakıda məhdudiyyət qoyulan və təmir edilən yollarla bağlı müraciət edilib - SİYAHI
Paytaxtın əsas prospektlərindən birində təmir işləri aparılır, hərəkətə məhdudiyyət qoyulub
NİİM Bakıda təmir işləri aparılan yolları açıqlayıb
Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
Atatürk prospektində yolda məhdudiyyət qoyulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər