Əbdülvahab Salamzadə küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
may
2025
16:50

Əbdülvahab Salamzadə küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

23 may, 2025
16:50
496

Əbdülvahab Salamzadə küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

24 may saat 08:00-dan 25 may saat 22:00-dək Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində (Tbilisi prospektindən tunelin girişinədək olan hissədə) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq (yol bağlanmır).

"Sizinxeber.az-Economics" xəbər verir ki, aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın