Fəlakət və hərbi əməliyyat nəticəsində məhv olmuş evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşir
sizinxeber.az xəbər saytı

Fəlakət və hərbi əməliyyat nəticəsində məhv olmuş evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşir


Fəlakət və hərbi əməliyyat nəticəsində məhv olmuş evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşir.
Sizinxeber.az-nın xəbərinə görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mənzil Məcəlləsinə təklif edilən yeni 28-1-ci maddə təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisini əhatə edir.
Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş, icbari sığortası olan yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının dövlət vəsaiti hesabına tikintisi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərar qəbul edilə bilər. Həmin qərarda sifarişçinin funksiyalarını yerinə yetirəcək dövlət orqanları (qurumları) müəyyən ediləcək.
Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin bildirilməsi üçün sorğunun göndərilməsi ilə bağlı tələb təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa ediləcək yeni çoxmənzilli yaşayış binasının tikinti layihəsinə şamil edilməyəcək.
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar artır. Belə ki, Mülki Məcəlləyə təklif edilən dəyişikliyə görə, bu sıraya təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə əlavə edilir.
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar da artır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif edilən yeni 8.0.10-2-ci maddəyə əsasən, bu əsaslar sırasında təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə yer alacaq.


Oxşar xəbərlər

Fəlakət və hərbi əməliyyat nəticəsində məhv olmuş evlərin torpaq sahələrinə dair tənzimləmə müəyyənləşir
Rusiya üç gündə Ukraynanın 1177 PUA-sını vurub, Xarkovda növbəti yaşayış məntəqəsini ələ keçirib
Nigeriyada daşqınlar nəticəsində 321 nəfər ölüb
Şabranda evi yararsız hala düşən ailə üçün müvəqqəti çadır qurulub
Bu il təbii və texnogen hadisələr nəticəsində 55 nəfər həlak olub, 212 nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər