Elnur Soltanov: "Azərbaycan enerji sektorunu "yaşıl iqtisadiyyat" məqsədlərinə uyğun yenidən qurur"
Azərbaycanda energetika sahəsində dörd əsas qanun qəbul edilib, strateji əhəmiyyətli "İstilik təchizatı haqqında" qanun da daxil olmaqla daha üç qanun hazırlanıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində “Azərbaycan: “yaşıl artım” və əlaqəliliyin formalaşan qapısı” adlı panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, əsas diqqət enerji səmərəliliyinə, bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafına və sektorun liberallaşdırılmasına yönəlib.
E.Soltanov "İstilik təchizatı haqqında" qanunun xüsusi əhəmiyyətini qeyd edib və deyib ki, bu qanun ölkədə hələ zəif inkişaf etmiş seqment olan mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin inkişafına yönəlib: "Qanun istilik nasosları da daxil olmaqla müasir texnologiyaların tətbiqini nəzərdə tutur, birbaşa enerji səmərəliliyinin artırılmasına dair məqsədlərlə bağlıdır".
"Azərbaycan enerji sektorunu "yaşıl iqtisadiyyat" məqsədlərinə uyğun yenidən qurur", - deyə o əlavə edib.
Məlumat yenilənir
Oxşar xəbərlər
Nazir müavini: 2028-ci ilədək Azərbaycanda bərpa olunan enerjinin payı 30%-i ötəcək
"İstilik təchizatı haqqında" qanun layihəsi parlamentə daxil olub
Elnur Soltanov: “Azərbaycanda karbon emissiyasının 70 %-i enerji sektorunun payına düşür”
"İstilik təchizatı haqqında" qanunun qəbulunun mümkün nəticələri açıqlanıb
Elnur Soltanov: "Mingəçevir İES-də qənaət ediləcək qaz "Abşeron" yatağından hasilata bərabərdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













