"İstilik təchizatı haqqında" qanunun qəbulunun mümkün nəticələri açıqlanıb
sizinxeber.az xəbər saytı

"İstilik təchizatı haqqında" qanunun qəbulunun mümkün nəticələri açıqlanıb


Azərbaycanda "İstilik təchizatı haqqında" qanunun qəbulu ilə mərkəzi istilik təchizatı sistemlərindən istifadə genişlənəcək.

"Report" xəbər verir ki, bunu Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında - sözügedən sənədin müzakirəsi zamanı bildirib.

Bundan başqa, onun sözlərinə görə, qanunu qəbulu ilə özəl investisiyaların və davamlı iqtisadi inkişafın dəstəklənməsi, əlverişli investisiya mühitinin yaradılması, rəqabət mühitinin formalaşdırılması, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, istehlakçıların hüquqlarının müdafiəsi, bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması və inkişaf etdirilməsi, enerji resurslarından səmərəli istifadənin təşviq edilməsi, istilik təchizatı subyektlərinin effektiv fəaliyyətinin, həmçinin istilik təchizatı sektorunda keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Azərbaycanda "İstilik enerjisindən istifadə qaydaları” ləğv ediləcək
"İstilik təchizatı haqqında" qanun layihəsi parlamentə daxil olub
Milli Məclisə "İstilik təchizatı haqqında" yeni qanun layihəsi daxil olub
"Azəristiliktəchizat": "1 kv.m. sahənin qızdırılması üçün 140-150 kv/saat enerji sərf edilir”
"Azəristiliktəchizat"a yeni səlahiyyət verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər