IMF Azərbaycanda neft hasilatı və ixracı ilə bağlı proqnozlarını açıqlayıb
Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, Azərbaycanda orta gündəlik neft hasilatı 2025-ci ildə 0,6 milyon barel təşkil edəcək.
"Sizinxeber.az" IMF-in Yaxın Şərq və Mərkəzi Asiya iqtisadiyyatının inkişaf perspektivləri haqqında hesabatına istinadən xəbər verir ki, növbəti il bu göstərici eyni səviyyədə - 0,6 milyon barel olaraq qalacaq.
Bununla belə, fond 2030-cu ildə Azərbaycanda orta gündəlik hasilatın 0,5 milyon barelə qədər azalacağını gözləyir.
IMF proqnozlaşdırır ki, cari ildə Azərbaycan neftinin orta gündəlik ixrac həcmi 0,5 milyon barel təşkil edəcək. Fondun gözləntilərinə görə, bu göstərici 2026-cı ildə eyni səviyyədə qalacaq, lakin 2030-cu ildə 0,4 milyon barelə qədər azalacaq.
Oxşar xəbərlər
EIA qlobal neft hasilatının artım proqnozunu azaldıb
EIA Azərbaycanda 2025-ci il üçün neft hasilatı proqnozunu açıqlayıb
OPEC oktyabrda Azərbaycanda gündəlik neft hasilatının həcmini açıqlayıb
Azərbaycan martda "OPEC+" kvotasından gündəlik 78 min barel geri qalıb
IEA: Azərbaycan yanvarda “OPEC+” kvotasından gündəlik 70 min barel geri qalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
