İan Sim: “Qlobal neft emalı sənayesində konsolidasiya dərinləşir - Mərkəz Hindistana keçir”
Dünyada neft emalı sahəsində güc səviyyəsinin azalacağı gözlənilir.
“Report” xəbər verir ki, bu barədə “Wood Mackenzie” şirkətinin direktoru İan Sim Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Nəqliyyatı Forumu”nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, maye yanacaqlara tələbatın 2030-cu illərə qədər artması gözlənilir, lakin bu artım bir müddət sonra dayanar və tədricən azalmağa başlayar:
“Biz hələ də etan kimi neft-kimya sahəsində xammal olaraq istifadə edilən bəzi mayelərə tələbatın davamlı artımını müşahidə edəcəyik”.
İ. Sim qeyd edib ki, ölkələr arasında ticarət əlaqələrində mühüm rol oynayan neft emalı sektoru konsolidasiyaya doğru gedir:
“Bu prosesi xüsusilə Qərbi Avropada sürətlə müşahidə edirik. Neft emalı zavodları bir-birinin ardınca bağlanır. Bunun əsas səbəbi inkişaf etmiş iqtisadiyyatlarda emal gücünün azalması, inkişaf etməkdə olan ölkələrin isə bu boşluğu eyni sürətlə doldura bilməməsidir”.
O əlavə edib ki, qarşıdakı 25 ildə qlobal neft emalı gücünün 40 %-indən çoxunun Hindistanda cəmlənəcəyi proqnozlaşdırılır:
“Bu, Hindistanın sürətli iqtisadi artımı ilə bağlıdır. Həmçinin Hindistan ‘yaşıl enerji’ sahəsində Çindən geri qalır ki, bu da neft emalı sənayesi üçün əlverişli şərait yaradır. Çində bu sahəyə tələbat azalmaqda davam etdiyi halda, Hindistan neft emalı və neft-kimya sənayesində yeni artım mərkəzinə çevrilir”.
Oxşar xəbərlər
SOCAR ötən il neft emalı və neft-kimya məhsullarının ixracını təxminən 3 % artırıb
Azərbaycanda ötən il 6 milyon tona yaxın neft emal edilib
Bu ay Rusiya neft emalı zavodları neft ixracını il ərzində rekord həddə çatdırıb
SOCAR: Neft Emalı Zavodundakı yanğın zamanı xəsarət alan yoxdur
Tehran neft emalı zavoduna hücum xəbərlərini təkzib edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













