Bu ay Rusiya neft emalı zavodları neft ixracını il ərzində rekord həddə çatdırıb
sizinxeber.az xəbər saytı

Bu ay Rusiya neft emalı zavodları neft ixracını il ərzində rekord həddə çatdırıb


Avqust ayında Rusiya neft emalı zavodları neft ixracını il ərzində rekord həddə çatdırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə "Kommersant" nəşri yazıb.

Kpler analitik şirkətinin məlumatlarına istinad edən nəşrin yazdığına görə, Rusiya mazutunun əsas idxalçıları Çin, Hindistan və Səudiyyə Ərəbistanı olub.

Belə ki, avqust ayının ilk 23 günündə Rusiya sutkada 1,1 milyon barel - iyul göstəricilərindən 200 min ton çox neft ixrac edib.

Tədarüklərin təxminən yarısı Baltikyanı Ust-Luqa limanından həyata keçirilib.

“Kommersant” qeyd edir ki, mazut ixracının artımı digər məsələlərlə yanaşı, dron hücumlarından əziyyət çəkən neftayırma zavodlarında emalın artması ilə bağlıdır.

Qeyd edək ki, 2024-cü ilin əvvəlindən Rusiya neftayırma zavodları mütəmadi olaraq Ukrayna pilotsuz təyyarələri tərəfindən hücuma məruz qalıb, bunun nəticəsində bəzi NEZ-lərdə ilkin neft emalı blokları sıradan çıxıb. Rusiya aprel ayına qədər əsas neft emalı zavodlarının gücünü qismən bərpa edə bilib.

Oxşar xəbərlər

Çexiya gələn il Rusiya neftindən asılı olmaqdan qurtulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səudiyyə Ərəbistanında nüvə beşliyi ölkələrinin işçi görüşü keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda neft kəmərlərində itkilərin həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2.5 mlrd. dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu il 2.5 mlrd. dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər