Azərbaycanda 7 ayda 30 milyard kubmetrə yaxın təbii qaz hasil edilib
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 milyard kuubmetr və yaxud 4,6 % çox - təxminən 29,5 milyard kubmetr təbii qaz hasil edilib.
"Sizinxeber.az" Energetika Nazirliyə istinadən xəbər verir ki, bunun 7,7 milyard kubmetri "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından, 16,5 milyard kubmetri “Şahdəniz” yatağından 0,9 milyard kubmetri "Abşeron" yatağından, 4,4 milyard kubmetri Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub.
Hesabat dövründə xaricə qaz satışı təxminən 14,7 milyard kubmetr təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 5,7 % çoxdur. 7 ay ərzində Türkiyəyə təqribən 5,8 milyard kubmetr, Avropaya təqribən 7,5 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,3 milyard kubmetr qaz nəql olunub.
AÇG və “Şahdəniz” yataqları istismara veriləndən 1 avqust 2024-cü il tarixinədək 641,4 milyon ton neft (kondensatla birlikdə), 449,5 milyard kubmetr qaz hasil edilib. AÇG-dən 594,4 milyon ton neft, 224 milyard kubmetr qaz hasil olunub. “Şahdəniz”dən isə 225,5 milyard kubmetr qaz, 47 milyon tona yaxın kondensat hasil edilib. Bu yataqlardan indiyə kimi təqribən 639,5 milyon ton neft (kondensatla birlikdə), təxminən 160,7 milyard kubmetrə yaxın qaz ixraca nəql edilib.
Oxşar xəbərlər
Azərbaycanda 7 ayda vergi daxilolmaları 10 milyard manatı keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
