Rumıniyalı nazir: “Yaşıl Enerji Dəhlizi” üçün 4 problem həll edilməlidir”
“Yaşıl Enerji Dəhlizi”nin həyata keçirilməsi üçün dörd əsas problem həll edilməlidir.
"Report" xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" adlı tədbirdə deyib.
O bildirib ki, Azərbaycan, Gürcüstan və Macarıstanla birgə “Yaşıl Enerji Dəhlizi” layihəsi böyük əhəmiyyət kəsb edir: “Bu layihənin həyata keçirilməsi üçün dörd əsas problem mövcuddur ki, bunlardan birincisi maliyyədir. İkincisi, insanların dəstəyini qazanma, onlara rifah, iş və daha yaxşı həyat imkanları təqdim edəcəyimizə inandırmalıyıq”.
O qeyd edib ki, üçüncü problem etibarlı və çoxşaxəli sənaye potensialı lazımdır: “Son olaraq isə vaxt lazımdır, amma bizim artıq bunu istəməyə imkanımız yoxdur. Biz bürokratiyanı azaltmalı, bu layihə ilə bağlı ekoloji prosedurları və icazələri sürətləndirməliyik”.
Oxşar xəbərlər
Peter Sztaray: "Yaşıl Enerji Dəhlizi" COP29-un əsas məqsədlərini dəstəkləyir”
Fatih Birol: "Enerji səmərəliliyinin 2 dəfə artırılması ilə bağlı məyusluq yaşayırıq"
Cennifer Li Morqan: "Bərpa olunan enerji ilə bağlı Bakıda daha konkret mesajlar verilməlidir"
Levan Davitaşvili: “Qara dəniz sualtı kabeli layihəsinin texniki-iqtisadi əsaslandırması hazırdır”
IEA rəhbəri: "Enerji səmərəliliyi standartlarına yenidən baxılmalıdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
