DÇ-2026: Fransa Norveçi Dembelenin qolları ilə məğlub edib - YENİLƏNİB-6
Futbol üzrə dünya çempionatında Fransa Norveçi məğlub edib.
"Sizinxeber.az"un məlumatına görə, Boston stadionunda baş tutan I qrupunun III turunun matçında fransızlar 4:1 hesablı qələbəyə seviniblər.
Qalib gələn komandanın qollarını Usman Dembele (7, 20, 32) və Dezire Due (90+4) vurublar. Norveçin heyətində isə Tele Osqor (21) fərqlənib.
Qeyd edək ki, qrupu ikinci pillədə başa vuran Norveç pley-off mərhələsində Fildişi Sahili kollektivi ilə üz-üzə gələcək. Fransanın rəqibi isə hələlik bəlli deyil.
Futbol üzrə dünya çempionatının Norveç - Fransa oyununda ikinci hissə başlayıb.
"Sizinxeber.az"un məlumatına görə, Boston stadionunda baş tutan I qrupunun III turunun matçında fransızlar hesabda öndədirlər - 3:1.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.
Futbol üzrə dünya çempionatının Norveç - Fransa oyununda ilk hissə bitib.
"Sizinxeber.az"un məlumatına görə, Boston stadionunda baş tutan I qrupunun III turunun matçında fransızlar hesabda öndədirlər - 3:1.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.
Futbol üzrə dünya çempionatının Norveç - Fransa oyununda dördüncü qol vurulub.
"Sizinxeber.az"un məlumatına görə, Boston stadionunda baş tutan I qrupunun III turunun matçında fransızlar hesabdakı üstünlüklərini artırıblar - 3:1.
31-ci dəqiqədə Usman Dembele het-trik edib.
Futbol üzrə dünya çempionatının Norveç - Fransa oyununda ardıcıl iki qol vurulub.
"Sizinxeber.az"un məlumatına görə, Boston stadionunda baş tutan I qrupunun III turunun matçında əvvəlcə fransızlar hesabdakı üstünlüklərini artırıblar - 2:0.
20-ci dəqiqədə Usman Dembele uzaq məsafədən qapını dəqiq nişan alıb. 1 dəqiqə sonra isə Norveç buraxılan qollardan birinin əvəzini çıxıb.
Tele Osqor fərqlənib - 1:2.
Futbol üzrə dünya çempionatının Norveç - Fransa oyununda ilk qol vurulub.
"Sizinxeber.az"un məlumatına görə, Boston stadionunda baş tutan I qrupunun III turunun matçında fransızlar hesabda irəli çıxıblar - 1:0.
7-ci dəqiqədə Usman Dembele toru silkələyib.
Futbol üzrə dünya çempionatının Norveç - Fransa oyunu başlayıb.
"Sizinxeber.az"un məlumatına görə, I qrupunun III turunun matçı Boston stadionunda keçirilir.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.
Oxşar xəbərlər
DÇ-2026: Fransa Norveçlə matçda fasiləyə üstün yollanıb - YENİLƏNİR-4
DÇ-2026: Fransanın Norveçlə matçda üstünlüyü davam edir - YENİLƏNİR-5
DÇ-2026: Norveç - Fransa matçında ardıcıl 2 qol vurulub - YENİLƏNİR-2
DÇ-2026: Norveç - Fransa oyunu başlayıb
DÇ-2026: Şotlandiya - Mərakeş oyununda ilk hissə bitib - YENİLƏNİR-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
