Peter Sztaray: "Yaşıl Enerji Dəhlizi" COP29-un əsas məqsədlərini dəstəkləyir”
"Yaşıl Enerji Dəhlizi" layihəsi COP29-un əsas məqsədlərini dəstəkləyir.
"Report" xəbər verir ki, bunu Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Sztaray BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" tədbirində çıxışı zamanı bildirib.
O qeyd edib ki, COP29-da "Yaşıl Enerji Dəhlizi" layihəsi ilə bağlı görüşün təşkili əla ideya idi: “Bu, simvolik xarakter daşıyır. Çünki hər iki tədbir bir-biri ilə sıx bağlıdır. "Yaşıl Enerji Dəhlizi" layihəsi COP29-un davamlı inkişafa yönəlmiş əsas məqsədlərini dəstəkləyir. Böyük əhəmiyyət kəsb edən, faktlar və araşdırmalarla dəstəklənən infrastruktur əlaqələrinin yaradılmasına diqqət yetirilib. Lakin biz irəliləməzdən əvvəl bu layihənin mümkünlüyünü aydın şəkildə başa düşməliyik”.
Oxşar xəbərlər
Fatih Birol: "Enerji səmərəliliyinin 2 dəfə artırılması ilə bağlı məyusluq yaşayırıq"
Levan Davitaşvili: “Qara dəniz sualtı kabeli layihəsinin texniki-iqtisadi əsaslandırması hazırdır”
Abdulla Balalaa: “BƏƏ enerji istehlakında səmərəliliyi 45 %-ə qədər artıracaq”
IEA rəhbəri: "Enerji səmərəliliyi standartlarına yenidən baxılmalıdır"
Pərviz Şahbazov: “Azərbaycan 2030-cu ilədək meqa layihələr həyata keçirəcək”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













