Levan Davitaşvili: “Qara dəniz sualtı kabeli layihəsinin texniki-iqtisadi əsaslandırması hazırdır”
Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinin texniki-iqtisadi əsaslandırma sənədi tamamlanıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" tədbirində çıxışı zamanı bildirib.
L. Davitaşvili qeyd edib ki, Qara Dənizdə əsaslı, detallı tədqiqat aparmağa hazırlaşırlar: “Gürcüstan Cənubi Qafqazda "Yaşıl Enerji Dəhlizi"nin inkişafı ilə bağlı saziş imzalayan dörd ölkədən biridir. Gürcüstan layihəyə ilk qoşulan ölkələrdəndir. Hesab edirəm ki, son iki ildə biz təkcə enerji transformasiyası sahəsində mühüm irəliləyiş əldə etmişik”.
O həmçinin qeyd edib ki, bu layihə Avropanın enerji təhlükəsizliyi üçün də çox önəmlidir.
Oxşar xəbərlər
Fatih Birol: "Enerji səmərəliliyinin 2 dəfə artırılması ilə bağlı məyusluq yaşayırıq"
Qara dəniz enerji kabelinin çəkilməsi layihəsinin perspektivliyi təsdiqlənib
Gürcüstan və Macarıstan ticarət əlaqələrini artırmaq niyyətindədir
Burduja: Qara Dəniz Enerji Kabelinin tikintisi ən azı 3,5 milyard avroya başa gələcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
