Bu il ARDNF AÇG-nin işlənməsindən 4,6 milyard dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 4 milyard 603,7 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Bu barədə "Report"a Fonddan məlumat verilib.
Bildirilir ki, bu, 2023-cü ilin 9 ayının göstəricisi ilə müqayisədə 630,3 milyon ABŞ dolları və yaxud 12,1 % azdır.
Xatırladaq ki, 2023-cü ilin yanvar-sentyabr aylarında ARDNF AÇG-nin işlənməsindən 5 milyard 234 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
Oxşar xəbərlər
Bu il ARDNF AÇG-nin işlənməsindən 4,2 milyard dollardan çox gəlir əldə edib
Neft Fondu bu il AÇG-nin işlənməsindən 3,6 milyard dollardan çox gəlir əldə edib
Bu il ARDNF-nin “Azəri-Çıraq-Günəşli”dən gəlirləri açıqlanıb
Azərbaycanda 8 ayda neft hasilatının həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
