Bu il ARDNF AÇG-nin işlənməsindən 4,2 milyard dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 4 milyard 271,6 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Bu barədə "Report"a Fonddan məlumat verilib.
Bildirilir ki, bu, 2023-cü ilin 8 ayının göstəricisi ilə müqayisədə 456,4 milyon ABŞ dolları və yaxud 9,7 % azdır.
Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında ARDNF AÇG-nin işlənməsindən 4 milyard 728 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
Oxşar xəbərlər
Neft Fondu bu il AÇG-nin işlənməsindən 3,6 milyard dollardan çox gəlir əldə edib
Bu il ARDNF-nin “Azəri-Çıraq-Günəşli”dən gəlirləri açıqlanıb
Neft Fondu “Şahdəniz”in işlənməsindən əldə etdiyi gəlirlərini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
