Energetika Nazirliyi enerji auditoru ixtisas attestatını əldə etmək istəyənlərə çağırış edib
Energetika Nazirliyi təsərrüfat subyektlərində və binalarda (qurğularda) enerji auditinin keçirilməsi üzrə enerji auditoru ixtisas attestatını əldə etmək istəyənlərə çağırış edib.
"Sizinxeber.az"un məlumatına görə, qurum bəyan edib ki, enerji auditi enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarını və həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərinin müəyyənləşdirilməsi məqsədini daşıyır.
İxtisas attestatı əldə etmək üçün energetika və ya iqtisadi sahələrdə ali təhsil və müvafiq ixtisas üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur. Attestasiya test üsulu ilə Energetika Nazirliyi tərəfindən 2 saat müddətində və fasiləsiz keçirilir. Namizədlərə 40 qapalı və 10 açıq tipli olmaqla ümumilikdə 50 test tapşırığı təqdim edilir. Testdən ən azı 45 bal toplamış namizədlər attestasiyadan keçmiş hesab olunurlar.
Fiziki şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs (enerji auditi üzrə təşkilat) bu barədə Energetika Nazirliyinə müraciət etməlidir.
Enerji auditoru ixtisas attestatının əldə edilməsi üçün müraciətlər sentyabrıb 6-sı saat 13:00-a qədər elektron qaydada - nazirliyin elektron poçt ünvanı vasitəsilə qəbul edilir. Müraciət və attestatın əldə edilməsi ödənişsizdir.
İmtahanın yeri, tarixi və saatı, həmçinin növbəti keçiriləcək imtahanlara dair məlumatlar Nazirliyin rəsmi internet səhifəsində elan ediləcək.
Attestasiya Proqramı və İxtisas attestatını əldə etmək üçün Bələdçi ilə Nazirliyin rəsmi internet saytında “Enerji səmərəliliyi” bölməsinin alt bölməsindən tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Azərbaycanda günəş elektrik stansiyası üzrə ilk hərrac keçiriləcək
IEA Beynəlxalq Enerji Təhlükəsizliyi Sammitinə ev sahibliyi edəcək
Naxçıvanın "Yaşıl enerji" Konsepsiyası hazırlanır
Pərviz Şahbazov: “Karbon qazı emissiyalarının azaldılması Azərbaycanın enerji gündəliyində mühüm yer tutur”
“Azərenerji” enerji saxlanc sisteminin yaradılması üçün şirkət seçir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
