Azərbaycan Bolqarıstanla bu ölkənin qazlaşdırılmasını müzakirə edib - YENİLƏNİB
Azərbaycan Bolqarıstanla bu ölkənin qazlaşdırılmasını müzakirə edib - YENİLƏNİB
Azərbaycan Bolqarıstanla bu ölkənin qazlaşdırılmasını müzakirə edib.
“Sizinxeber.az” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr Azərbaycanın energetika naziri Pərviz Şahbazovun İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində Bolqarıstanın energetika naziri Jeço Stankov ilə keçirilən görüşdə aparılıb.
Görüşdə isə Azərbaycanla enerji sahəsində tərəfdaşlıqdan məmnunluq ifadə edilib. Bolqarıstanın enerjiyə tələbatının ödənilməsində əhəmiyyətli paya malik Azərbaycan təbii qazının ölkəyə faydalarından bəhs edilib. Türkiyə ilə sərhəddə interkonnektorun ötürücülük gücünün artırılması imkanları dəyərləndirilib.
Bolqarıstanda həyata keçirilən qazlaşdırma layihəsi üzrə irəliləyişlər nəzərdən keçirilib, həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında “yaşıl enerji” infrastrukturunun qurulması prosesindən irəli gələn məsələlər müzakirə edilib.
Həmçinin bu ölkənin naziri iyunun 2-4-də Bakıda keçiriləcək “Enerji Həftəsi”ndə iştiraka dəvət edilib.
Azərbaycan Bolqarıstanın qazlaşdırılması məsələsini müzakirə edib.
“Sizinxeber.az” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, bu müzakirələr Türkiyədə P. Şahbazov və Bolqarıstanın energetika naziri Jeço Stankov ilə keçirilən səmərəli görüşdə aparılıb.
Bildirilib ki, iki ölkə arasında qaz tədarükü və tranziti üzrə əməkdaşlığın inkişafı perspektivləri, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası və Bolqarıstanın qazlaşdırılması istiqamətlərində irəliləyişlər nəzərdən keçirilib.