Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisə yaradacaq
Serbiyanın Niş şəhəri yaxınlığında qaz elektrik stansiyasının tikintisi layihəsinin icrası üçün birgə müəssisənin yaradılması planlaşdırılır.
"Sizinxeber.az"un Balkan bürüosu xəbər verir ki, bu barədə Serbiyanın Mədən və Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla bağlı müzakirələr Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti ilə görüşdə aparılıb.
Belə ki, Azərbaycan nümayəndə heyəti Serbiyanın Energetika Nazirliyi, "Elektroprivreda Srbije" və "Srbijagas" şirkətlərinin nümayəndələri ilə texniki səviyyədə bir sıra görüşlər keçirib. "Tərəflər may ayının əvvəlində müqavilə şərtlərinin tam razılaşdırılacağına ümid edir", - məlumatda qeyd olunub.
Bildirilib ki, görüşün əsas mövzusu layihə üzrə müqavilənin kommersiya və texniki şərtlərinin razılaşdırılması olub.
Məlumata görə, sənəddə layihə üzrə tərəflərin – "Elektroprivreda Srbije", "Srbijagas" və SOCAR-ın iştirak payı və öhdəlikləri müəyyən ediləcək.
Nazirliyinin məlumatına əsasən, bu qaz elektrik stansiyası Serbiyanın strateji sənədlərində nəzərdə tutulmuş mühüm enerji layihələrindən biridir və ölkənin elektrik enerjisi sistemində əlavə baza güclərinin yaradılmasına, xüsusilə cənub bölgələrində sənayenin enerji təminatının gücləndirilməsinə xidmət edəcək. Stansiyanın 2030-cu ilədək istifadəyə verilməsi planlaşdırılır.
"Hazırda layihə çərçivəsində elektrik enerjisi üzrə təxminən 500 meqavat, istilik enerjisi üzrə isə 150 meqavat güc nəzərdən keçirilir", - nazirlikdən qeyd edilib.
Oxşar xəbərlər
Serbiyalı nazir: "Enerji resurslarının tədarükünün artırılmasına dair Azərbaycanla danışıqlar aparırıq"
Rumıniya-Serbiya Qaz İnterkonnektorunun tikintisinə dair memorandum imzalanıb
Nazir: "Azərbaycan və Serbiya tezliklə Niş yaxınlığında qaz elektrik stansiyasının tikintisi ilə bağlı memorandum imzalayacaqlar"
Nazir: Serbiya 2032-ci ilə qədər atom elektrik stansiyasının tikintisinə hazır ola bilər
Nazir: “Serbiya və Azərbaycan qış dövrü üçün qaz tədarükü həcmlərini razılaşdırıb”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
