“NEQSOL Holding” şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
“NEQSOL Holding” şəhid ailələrinə və qazilərə dəstək məqsədilə “YAŞAT” Fondu ilə əməkdaşlığını davam etdirir.
Əməkdaşlıq çərçivəsində “NEQSOL Holding” tərəfindən “YAŞAT” Fonduna ayrılmış vəsaitin bir hissəsi hesabına 2025-ci il ərzində 710 nəfər əlilliyi təyin olunmuş şəxsə və şəhid ailəsinə tibbi xidmətlərin və təhsil xərclərinin maliyyələşdirilməsi formasında sosial dəstək göstərilib.
Həmçinin, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “NEQSOL Holding”in tərəfdaşlığı ilə “YAŞAT” Fondu tərəfindən həyata keçirilən “Hədiyyə Karvanı” sosial layihəsi çərçivəsində ölkə üzrə 1 700-dək şəhid övladı təbrik edilib.
Holdinq tərəfindən ayrılan vəsaitin bir hissəsi isə bu il ərzində digər xüsusi sosial layihələrin, o cümlədən şəhid övladları üçün “YAŞAT” Yay Düşərgəsi, Yay Məktəbi və Məktəbli Ləvazimatları layihələrinin icrası çərçivəsində istifadə olunacaq.
Beləliklə, 2021-ci ildən etibarən köçürülmüş ianələr və hazırkı istifadə olunan məbləğ də daxil olmaqla, “NEQSOL Holding”in qərarı ilə tərkibindəki “Bakcell”, “Norm”, “Azerconnect Group” və “Nobel Energy” şirkətləri “YAŞAT” Fonduna ümumilikdə 3,7 milyon manat vəsait ayırıb.
“NEQSOL Holding” Qurban bayramı münasibətilə Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq kimi ən xoş arzularını çatdırır.
“NEQSOL Holding” 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Oxşar xəbərlər
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
NEQSOL Holdinq “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb
“YAŞAT” Fondu şəhid Şahlar Nağıyevin ailəsinə dəstək göstərib
Peşəkar Futbol Liqası və "YAŞAT" fondu şəhid övladları üçün layihə həyata keçirib
"YAŞAT" Fondu 340 şəhid övladını "Neftçili yay düşərgələri" layihəsinə cəlb edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












