NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədilə YAŞAT Fondu ilə əməkdaşlığı davam etdirir.
Sizinxeber.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində NEQSOL Holding tərəfindən YAŞAT Fonduna ayrılmış vəsaitin bir hissəsi hesabına 2025-ci il ərzində 671 nəfər əlilliyi təyin olunmuş şəxsə və şəhid ailəsinə tibbi xidmətlərin və təhsil xərclərinin maliyyələşdirilməsi formasında sosial dəstək göstərilib.
Holdinq tərəfindən ayrılan vəsaitin digər hissəsi isə bu il ərzində xüsusi sosial layihələrin, o cümlədən şəhid övladları üçün “YAŞAT” Yay Düşərgəsi, Yay Məktəbi, Məktəbli Ləvazimatları və digər xüsusi layihələrin icrası çərçivəsində istifadə olunacaq.
"Cəmiyyət qarşısında məsuliyyət və sosial təşəbbüslərin dəstəklənməsi bizim korporativ mədəniyyətimizin mühüm hissəsidir. ‘YAŞAT’ Fondu ilə əməkdaşlığımızı davam etdirməkdən məmnunuq və resurslarımızı təhsil, səhiyyə və sosial dəstək sahələrində mühüm layihə və işlərin həyata keçirilməsinə yönəldirik," – deyə NEQSOL Holding-in Sədri Yusif Cabbarov qeyd edib.
"NEQSOL Holding cəmiyyətin inkişafına və sosial dəyərlərin dəstəklənməsinə töhfə vermək üçün səylərini davam etdirəcək," – deyə Yusif Cabbarov əlavə edib.
Beləliklə, 2021-ci ildən etibarən köçürülmüş ianələr və hazırkı istifadə olunan məbləğ də daxil olmaqla, NEQSOL Holding-in qərarı ilə tərkibindəki Bakcell, Norm, Azerconnect Group və Nobel Energy şirkətləri “YAŞAT” Fonduna ümumilikdə 3,7 milyon manat vəsait ayırıb.
NEQSOL Holding Novruz bayramı və Ramazan ayı münasibətilə Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq kimi ən xoş arzularını çatdırır.
NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Oxşar xəbərlər
NEQSOL Holdinq “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“YAŞAT” Fondu şəhid Şahlar Nağıyevin ailəsinə dəstək göstərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında [xfgiven_updateblue][/xfgiven_updateblue]
“YAŞAT" Fondu dörd il ərzində təqribən 86,7 milyon manat vəsait xərcləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"YAŞAT" Fondu 340 şəhid övladını "Neftçili yay düşərgələri" layihəsinə cəlb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












