Peşəkar Futbol Liqası və "YAŞAT" fondu şəhid övladları üçün layihə həyata keçirib
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu şəhid övladları üçün növbəti layihəni həyata keçirib.
"Sizinxeber.az" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında imzalanmış memorandum çərçivəsində reallaşdırılan tədbirə əsasən 25 şəhid övladının “Dreamland” kompleksinə səfəri təşkil edilib.
Şəhid övladlarına diqqət və qayğının daha da artırılması, onlar arasında sağlam həyat tərzinin təbliği yönündə baş tutan səfər maraqlı anlarla yadda qalıb. Batut idman növü ilə məşğul olan şəhid övladları fiziki cəhətdən aktiv gün keçirib, müxtəlif əyləncəli və interaktiv oyunlarda iştirak ediblər. Ardınca xüsusi hazırlanmış qidalar qəbul edən uşaqlar xoş anlar yaşayıblar.
Sonda şəhid övladlarına xüsusi hədiyyələr təqdim edilib.
Oxşar xəbərlər
"YAŞAT" Fondu 340 şəhid övladını "Neftçili yay düşərgələri" layihəsinə cəlb edib
"YAŞAT" Fondunun rəhbəri: Azərbaycan və Türkiyə şəhid ailələri üzvlərinin qarşılıqlı səfərləri davamlı olacaq
Türkiyəli şəhid övladları: Ulu öndərlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyevin yolu ilə gedirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
